Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı ATO-dan əvvəl separatçılara xəbərdarlıq etmişdi - Xanumyan

Bakı ATO-dan əvvəl separatçılara xəbərdarlıq etmişdi - Xanumyan

Tarix: 12 Oktyabr 2023 10:42

Hayk Xanumyan: Bakı ATO-dan əvvəl Qarabağ separatçılarına bir neçə dəfə xəbərdarlıq edib ki, ağılları başlarına yığsınlar və reinteqrasiya ilə bağlı masasına otursunlar.

"Azərbaycan Dövlət Təhlükəsizliyi İdarəsinin direktoru Əli Nağıyev Xankəndindəki separatçı xuntanın rəhbəri Araik Arutyunyana bir neçə dəfə Prezident İlham Əliyevin sözlərini çatdırıb ki, Makrona, Putinə arxalanmağa ehtiyac yoxdur, bu adamlar heç bir addım atmayacaq və situasiyaya təsir göstərə bilməyəcəklər".

Sonxeber.net bildirir ki, bu barədə Ermənistan televiziyasının efirində ləğv edilmiş "DQR"in "keçmiş naziri" Hayk Xanumyan bildirib.

Xanumyanın sözlərinə görə, Samvel Babayan sabiq separatçı xuntanın artıq keçmiş liderləri ilə görüşdə də deyib ki, rəsmi Bakı Arutyunyanın istefasından sonra Qarabağda "seçki" olacağı təqdirdə Azərbaycanın antiterror əməliyyatı keçirəcəyini açıq şəkildə bildirib. Bununla belə, xunta rəhbərləri bütün məsuliyyəti öz üzərlərinə götürdüklərini bəyan edərək Babayandan panikaya düşməməyi xahiş ediblər, çünki ruslar yolların tezliklə açılacağına zəmanət veriblər. Eyni zamanda, Bakıda saxlanılanlardan biri Rusiya Federasiyasında restoran sahibi olan şəxsə istinad edərək deyib ki, bəs "Rusiya Federal Təhlükəsizlik Xidmətinin generalları həmin restoranda yeyib-içəndə söyləyiblər ki, "hər şey yaxşı olacaq".


Etiketlər:  Bakı əvvəl separatçılara xəbərdarlıq etmişdi Xanumyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ