Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekvadorlu diplomat Moskvada ölü tapıldı

Ekvadorlu diplomat Moskvada ölü tapıldı

Tarix: 12 Oktyabr 2023 11:06

Ekvadorun Rusiyadakı səfirliyinin səlahiyyətli naziri Xorxe-Patrisio Talasios-Porras ölü halda tapılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "SHOT" teleqram kanalı yayıb. 

53 yaşlı Porrasın cəsədi Moskvanın mərkəzində mənzildə aşkar olunub. 

Məlumata görə, oktyabrın 10-dan diplomatla əlaqə saxlamaq mümkün olmayıb. İlkin ehtimala görə, o, ürək çatışmazlığından dünyasını dəyişib. 

Hazırda polis onun ölüm səbəblərini araşdırır.


Etiketlər:  Ekvadorlu diplomat Moskvada ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ