Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 18:56
Argentinalı hücumçu Lionel Messi "İnter Mayami"dən icarə əsasında Səudiyyə Ərəbistanı klubuna keçməyəcək.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə BBC-nin jurnalisti Qilyem Balaqe məlumat verib.
"O, digər futbolçular kimi bir ay istirahət edəcək. Odur ki, Səudiyyə Ərəbistanına və ya başqa yerə hər hansı transferləri unudun", - jurnalist deyib.
Xatırladaq ki, 2023-cü ilin yayında Messi "Əl-Hilal"a keçə bilərdi, lakin iki il Fransa PSJ-sində oynadıqdan sonra o, "İnter Mayami"yə keçməyə qərar verdi.