Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hava Limanında əməliyyat: 10 mindən çox tülkü quyruğu ələ keçirildi - FOTO

Hava Limanında əməliyyat: 10 mindən çox tülkü quyruğu ələ keçirildi - FOTO

Tarix: 13 Oktyabr 2023 10:10

Moskvadan İstanbul Hava Limanına gələn Özbəkistan və Yunanıstan vətəndaşı olan iki sərnişinin çamadanlarında bazar dəyəri 1 milyon 236 min TL olan 10 min 300 ədəd tülkü quyruğu ələ keçirilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, təyyarə eniş etdikdən sonra gömrük əməkdaşları şübhəlilərin fiziki təqibinə başlayıb.

Dörd çamadanla sərnişin salonuna gələn və gömrük bəyannaməsi məntəqəsində dayanmadan birbaşa çıxışa yönələn şübhəlilərin qarşısı alınıb.

Qruplar, sərnişinlərin baqajını rentgen müayinəsi edib. Skanlama nəticəsində çamadanlarda şübhəli konsentrasiyaların olduğunu müşahidə edilib. X-ray müayinəsindən sonra başlanan ətraflı axtarışda çamadanların heyvan quyruğu ilə dolu olduğu müəyyənləşib.

Əməliyyat nəticəsində ümumi dəyəri 1 milyon 236 min türk lirəsi olan 10 min 300 ədəd tülkü quyruğu ələ keçirilib.

Hadisə ilə bağlı Qaziosmanpaşa Respublika Prokurorluğu tərəfindən istintaqın davam etdirilir.

Milli.Az


Etiketlər:  Hava Limanında əməliyyat 10 mindən çox tülkü quyruğu ələ keçirildi FOTO


RƏYLƏR