Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada ölənlərin sayı 2329 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 2329 nəfərə çatdı

Tarix: 15 Oktyabr 2023 10:32

İsrail Ordusunun Qəzza zolağına zərbələri nəticəsində 2329 fələstinli ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəsarət alanların sayı 9 042 nəfərdir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Qəzzada ölənlərin sayı 2329 nəfərə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ