Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Onkoloq süd vəzisi xərçənginin əlamətlərini sadaladı: Ağrı, şişkinlik...

Onkoloq süd vəzisi xərçənginin əlamətlərini sadaladı: Ağrı, şişkinlik...

Tarix: 16 Oktyabr 2023 06:06

Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir.

Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanın sözlərinə görə, mütəmadi olaraq özünü müayinə etməklə yenitörəməni vaxtında aşkar etmək olar.

Onkoloq bildirib ki, süd vəzisində adətən ağrı və ümumən özünü büruzə verməyən bərkimə varsa, artıq xərçəngdən şübhələnmək olar. Belə olduğu zaman təcili müayinə olunmaq lazımdır.

Həkim qadınlara özünə diqqət göstərməyi, qeyri-adi şişlərə və ya dəyişikliklərə həssas yanaşmağı, nə isə bir fərqlilik hiss olunduqda dərhal həkimə baş çəkməyi tövsiyə edib.

Milli.Az


Etiketlər:  Onkoloq süd vəzisi xərçənginin əlamətlərini sadaladı Ağrı şişkinlik


RƏYLƏR