Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda da Azərbaycan bayrağı dalğalanacaq - Sarkisyan

İrəvanda da Azərbaycan bayrağı dalğalanacaq - Sarkisyan

Tarix: 16 Oktyabr 2023 19:21

Ermənistanın 30 illik müstəqilliyi ərzində necə bir dövlət qurmuşuq: qəbilə, korrupsioner, sosial qütbləşmiş, talan edilmiş mədənlər, dövlət büdcəsi, kreditlər, saxta milli seçki...

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan Feysbuk səhifəsində yazıb.

"Məhz bu səbəbdən milyonlarla erməni "vəd edilmiş torpaqları" tərk etdi. Ona görə Qarabağda uduzduq, ona görə 2018-ci ildə "məxməri inqilabın" siyasi teatrı səhnəyə qoyuldu, "millətin xilaskarı" küçələrdən hakimiyyətə gətirildi. Əgər yaxın illərdə Ermənistan dövlətinə baxış formalaşmasa, Ermənistanda qanun diktaturası qurulmayacaq, korrupsiyaya, qohumbazlığa son qoyulmayacaq, o zaman İrəvanda hökumət binasında Azərbaycan bayrağı dalğalanacaq", - o bildirib.


Etiketlər:  İrəvanda Azərbaycan bayrağı dalğalanacaq Sarkisyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ