Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO 2024: Azərbaycan Avstriyaya məğlub oldu - YENİLƏNİB

AVRO 2024: Azərbaycan Avstriyaya məğlub oldu - YENİLƏNİB

Tarix: 16 Oktyabr 2023 22:04

Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə üz-üzə gəlib.

VIII turun F qrupundakı matçı Bakıda baş tutub. Uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan milli azarkeşlərini sevindirmək üçün meydana çıxsa da buna nail ola bilməyib.

Qeyd edək ki, qrupun digər matçında Belçika İsveçi qəbul edəcək.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, VIII tur
16 oktyabr
20:00. Azərbaycan - Avstriya 0-1

Qol: Marsel Sabitzer, 48
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev

Baş məşqçi: Canni De Byazi

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Xaver Şkager, 6. Nikolas Şeyvald, 7. Saşa Kaladziç, 10. Florian Qrilitş, 15. Filipp Lyenhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad laymer (k)

Baş məşqçi: Ralf Ranqnik


Etiketlər:  AVRO 2024 Azərbaycan Avstriyaya məğlub oldu YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ