Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanı tərk etmiş ermənilər Ermənistanda fırıldaqçılıqla üzləşirlər

Azərbaycanı tərk etmiş ermənilər Ermənistanda fırıldaqçılıqla üzləşirlər

Tarix: 17 Oktyabr 2023 07:06

Ermənistanda fırıldaqçılar "xeyriyyəçilik" adı altında Azərbaycanı tərk etmiş ermənilərin bank məlumatlarını ələ keçirməyə çalışırlar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, belə dələduzluq sxemi son günlər yayılıb.

Nazirlik qeyd edib ki, cinayətkarlar internet vasitəsilə guya xeyriyyə fonduna keçid linki göndərirlər. İstifadəçilər linkə daxil olanda onların bütün bank kartı məlumatlarını (arxa tərəfdəki SVV kodu daxil olmaqla) doldurmaları xahiş olunur. Beləliklə, cinayətkarlar vətəndaşların maliyyə resurslarına çıxış əldə edirlər.

Daxili İşlər Nazirliyi vətəndaşları sosial şəbəkələrdə daha diqqətli olmağa və bu qəbildən olan mesajlara inanmamağa çağırıb. Xüsusən "kömək" təklif edilərkən bank kartının rekvizitlərini verməmələri tövsiyə olunur.

Milli.Az


Etiketlər:  Azərbaycanı tərk etmiş ermənilər Ermənistanda fırıldaqçılıqla üzləşirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ