Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 18:36
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri"ndə dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri"ndə dəyişiklik təsdiq edilib. Lakin məxfi olduğu üçün əlavələrin məbləği açıqlanmayıb.
Qərara əsasən, Maliyyə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğlərində olan dəyişikliklə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.