Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toni Kross: “Bu uşaq möhtəşəmdir”

Toni Kross: “Bu uşaq möhtəşəmdir”

Tarix: 17 Oktyabr 2023 19:42

"Bu uşaq möhtəşəmdir. 18 yaşında bəzilərimizin heç vaxt edə bilməyəcəyi şeyləri edir".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Madrid "Real"ının almaniyalı ulduz Toni Kross türkiyəli gənc futbolçu Arda Gülər haqqında danışarkən deyib.

Bu 2 oyunçunun məşq zamanı isti münasibəti İspaniya mətbuatının diqqət mərkəzinə düşüb. Hətta Ardanın bir çox məsələlərdə Toni ilə məsləhətləşdiyi bildirilir.

Almaniyalı oyunçu da Gülər haqda yüksək fikirlərdədir: "18 yaşında bir çox futbolçular hər şeyi bildiyini düşünürlər. Məsləhətə ehtiyac duymurlar, heç nədə məsləhət almırlar. O isə tam tərsinədir. Məşqlərdə "Bunu necə etmək olar?" deyə sadə suallar verir. Belə düşüncəyə sahibdir. Öyrənmək istəyi böyükdür".

Qeyd edək ki, Arda Gülər zədəli olduğu üçün hələlik "Real"da debüt edə bilməyib. Oyunçunun zədəsini sağaltdığı və oktyabrın 21-də "Sevilya"ya qarşı matçda meydanda olacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Toni Kross Bu uşaq möhtəşəmdir


RƏYLƏR