Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Depressiyanı müalicə edən BURUN SPREYİ

Depressiyanı müalicə edən BURUN SPREYİ

Tarix: 18 Oktyabr 2023 06:48

Portuqaliyanın Şampalimaud Klinik Mərkəzinin alimləri depressiya ilə mübarizədə effektivliyini sübut edən burun spreyi yaradıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, depressiya əhval-ruhiyyənin davamlı azalması və təfəkkürün pozulması ilə özünü göstərən psixi pozğunluqdur.

Xəstəliyin səbəbləri travmatik vəziyyətlər, somatik xəstəliklər, dərman istifadəsi və ya beyində metabolik pozğunluqlar ola bilər. Hazırda, tablet şəklində olan antidepresan dərmanlar depressiyanı müalicə etmək üçün ən çox istifadə olunan vasitədir. Terapiya üçün təkrar cəhdlərə baxmayaraq, bəzi xəstələrdə xəstəliyin simptomları davam edir.

Alimlər esketamin tərkibli burun spreyi hazırlayıblar - bu maddə beyində dopamin aktivliyini artırır. Dopamin, bir insan sevinc duyduqda qana buraxılan bir nörotransmitterdir.

Dərmanın effektivliyini qiymətləndirmək məqsədi daşıyan araşdırmada 800-ə yaxın insan iştirak edib. Onların hamısı depressiyadan əziyyət çəkiblər. Subyektlər iki qrupa bölünüb, onlardan biri 32 həftə ərzində antidepresan tabletlərə əlavə olaraq burun spreyi istifadə edib. Digər qrup şizofreniyanın müalicəsində istifadə edilən antipsikotik dərman içib.

Təcrübənin başlamasından səkkiz həftə sonra birinci qrup xəstələrin 27,1 faizu remissiyaya nail olub. İkinci qrupda bu göstərici 17,6 faiz təşkil edib. 24 həftədən sonra, spreydən istifadə edən digər subyektlərin təxminən yarısı sağlamlıqlarında yaxşılaşma olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Depressiyanı müalicə edən BURUN SPREYİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ