Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 08:24
Kəşfiyyat xidmətləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin Böyük Britaniyada terror aktlarına səbəb ola biləcəyini etiraf edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu "Sky News"a müsahibəsində Britaniyanın "MI5" əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum deyib.
"Təəssüf ki, karyeram boyu Yaxın Şərqdəki hadisələr tez-tez Avropa və Böyük Britaniyaya təsir edib. Mənim komandam Yaxın Şərqdəki hadisələrin Böyük Britaniyadakı bəzi insanları hansısa hücuma cəhd etməyə sövq edəcəyi ehtimalına tamamilə hazırdır", - deyə o bildirib.