Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 19:28
Ermənistanda daha bir eks-nazir həbs oluna bilər.
Sonxeber.net azvision.az-a istinadən xəbər verir ki, Baş Prokurorluq Korrupsiya Əleyhinə Məhkəməyə keçmiş mədəniyyət naziri Hasmik Poqosyanla bağlı iş yönləndirib. O, Çaykovski adına məktəbin ərazisinin özəlləşdirilməsi zamanı sui-istifadə hallarına yol verməkdə ittiham olunur.
İş materiallarına görə, Poqosyan öz vəzifə səlahiyyətlərindən dövlət maraqlarına ziyan vurmaqla istifadə edib və saxtakarlığa yol verib.
Onun barəsində iş sentyabrın 27-də açılıb, materialalr isə oktyabrın 4-də Korrupsiyaya Əleyhinə Məhkəməyə göndərilib.
Qeyd edək ki, son illər İrəvan keçmiş nazirlərə qarşı cinayət işləri qaldırır. Dünən isə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib.