Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alla Puqaçovanın konsert öncəsi istəkləri nə olub? - Maraqlı faktlar

Alla Puqaçovanın konsert öncəsi istəkləri nə olub? - Maraqlı faktlar

Tarix: 18 Oktyabr 2023 22:35

Konsert təşkilatçısı, prodüser Sergey Lavrov bildirib ki, indiki müğənnilərin rayderləri (konsert öncəsi təşkilatçılardan etdikləri tələb barədə siyahı) həddən artıq dəbdəbəli və bahalıdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, Alla Puqaçova illər öncə, şöhrətinin zirvəsindəykən öz rayderində yalnız bir neçə qeyd edərdi. O getdiyi yerdə isti ev və ya otel otağı, konsert zalına qədər onu aparmaq üçün limuzin istəyirdi. Təyyarədən qorxduğu üçün qatarla gedir və özünə xüsusi vaqon ayrılmasını istəyirdi.

Təyyarə ilə səfər etməli olduqda isə, onu aparmaq üçün gələn avtomobil trapın yanına qədər getməliydi. Həmişə özünəməxsus səs aparatları ilə konsertə gedirdi, içkilərdən də yalnız isti süd tələbi var idi. Nadir hallarda viski və ya konyak istəyirdi.

O qeyd edib ki, bir çox müğənnilər qaldıqları otel otağına yeni unitaz qoyulmasını, otağın başdan-başa xüsusi çiçəklərlə bəzədilməsini, otelin onlar qalan mərtəbəsinin boşaldılmasını tələb etməklə yanaşı çoxlu sayda ağlasığmaz tələblər irəli sürürlər.

Milli.Az


Etiketlər:  Alla Puqaçovanın konsert öncəsi istəkləri olub Maraqlı faktlar


RƏYLƏR