Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu liqaya baxmaq üçün 5 səbəb və ya 5 gözəl - FOTOlar

Bu liqaya baxmaq üçün 5 səbəb və ya 5 gözəl - FOTOlar

Tarix: 19 Oktyabr 2023 01:02

İtaliya A Seriyası Avropanın ən güclü çempionatlarından biri olaraq qalır. Buna görə liqanın çoxlu azarkeşi var. Bunda əsas rolu təkcə meydandakı möhtəşəm futbol oynamır. Tribunalardakı gözəlliklər də insanların diqqətlərini cəlb edir.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu yazıda italiyalı futbolçuların əsas azarkeşləri ilə tanış olacağıq.

Çiara Nasti

25 yaşlı Çiara "Armani" üçün modellik edib. Onun sosial şəbəkə hesablarından 2 milyon izləyicisi var. Natsi "Latsio"nun vingeri Mattia Zakkanyi ilə nişanlıdır. Cütlüyün 2022-ci ildə Tyaqo adlı oğlu dünyaya gəlib.

Bundan əvvəl Çiara Mattianın İtaliya millisindəki komanda yoldaşı Nikolo Zaniolo ilə görüşüb. Neymar da cəlbedici sarışın ilə sevgili olmağa çalışıb. Lakin cəhdləri heç bir nəticə verməyib.

Luci Bramani

Futbolsevərlər 23 yaşlı modeli dünyanın ən gözəl qadınlarından biri adlandırırlar. "Yuventus"lu Federiko Kieyayla münasibətdədir O, əvvəllər futbol azarkeşi olmadığını etiraf edib. Onun məftunedici həyat tərzini paylaşdığı sosial media platformasında 150.000-dən çox izləyicisi var. Lusi həmçinin Milan Universitetini bitirib və sertifikatlı psixoloqdur.

Kamilla Breşiani

Kamilla İtaliya millisinin və "İnter"in müdafiəçisi Alessandro Bastoninin həyat yoldaşıdır. Cütlük ötən il Berqamoda evlənib. Alessandro və Kamillanın bir qız övladı var.

Tessa Lakoviç

Tessa 2022-ci ildə İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Manuel Lokatelli ilə ailə qurub. Cütlüyün bir oğlu var. Kosta-Rika əsilli 25 yaşlı gözəl rəqəmsal kommunikasiya strategiyası üzrə magistr dərəcəsinə malikdir. O, həmçinin "Madam" zərgərlik brendinin sahibidir.

Karolina Stramare

23 yaşlı italiyalı model ötən ilin yanvarından "Yuve"nin futbolçusu Duşan Vlahoviçlə görüşür. 2019-cu ildə "Miss İtaliya" titulunu qazanıb. Bu uğuru təsadüf hesab edilmir.

Milli.Az


Etiketlər:  Bu liqaya baxmaq üçün 5 səbəb ya 5 gözəl FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ