Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir

Tarix: 19 Oktyabr 2023 12:00

Qarabağda və Şərqi Zəngəzurda uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.

"Sərgi iştirakçılarını - qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm. Əminəm ki, "Rebuild Karabakh" Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır", - deyə müraciətdə bildirilib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Qarabağda Şərqi Zəngəzurda quruculuq bərpa reinteqrasiya işləri dövlət özəl sektor arasında faydalı əməkdaşlıq inkişaf nümunəsinə çevrilir


RƏYLƏR