Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gizli işbirliyi üzə çıxdı - O ölkə də HƏMAS-ı silahlandırırmış

Gizli işbirliyi üzə çıxdı - O ölkə də HƏMAS-ı silahlandırırmış

Tarix: 19 Oktyabr 2023 14:28

Pxenyanın qruplaşmaya silah satdığını inkar etməsinə baxmayaraq, HƏMAS oktyabrın 7-də İsrailə hücumu zamanı Şimali Koreya silahlarından istifadə edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" döyüş meydanında ələ keçirilən silahların təhlil olunduğunu bildirib.

Təhlil Cənubi Koreya hərbi kəşfiyyatı tərəfindən aparılıb. Sübutlar HƏMAS döyüşçülərinin hücumda Şimali Koreya istehsalı F-7 reaktiv qumbaraatandan istifadə etdiklərini göstərir.

Agentlik yazır ki, sübutlar sanksiyalara məruz qalan Şimali Koreyanın silah proqramlarını maliyyələşdirmək üçün istifadə etdiyi qeyri-qanuni silah daşınmasının qaranlıq dünyasına işıq saçır.

Hərbi ekspert Yenzen Cons agentliyə deyib ki, F-7-lərin Qəzza ilə yanaşı, Suriya, İraq və Livanda istifadəsi də sənədləşdirilib.

"Şimali Koreya uzun müddətdir Fələstin silahlı qruplaşmalarını dəstəkləyir. Şimali Koreya silahları əvvəllər qadağan olunmuş təchizatlar arasında sənədləşdirilib", - ekspert bildirb

Hərbi ekspert Matt Şröder Şimali Koreyanın uzun müddətdir HƏMAS-ı döyüş başlıqları və yüngül silahlarla təchiz etdiyini söyləyib:

"HƏMAS-da Şimali Koreya silahlarını görmək təəccüblü deyil".

Milli.Az


Etiketlər:  Gizli işbirliyi üzə çıxdı ölkə HƏMAS silahlandırırmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ