Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tehranın İsrail çağırışı: Bakı və Astana da qoşulsa…

Tehranın İsrail çağırışı: Bakı və Astana da qoşulsa…

Tarix: 20 Oktyabr 2023 07:32

Bu ilin may ayının ortalarından etibarən İsrail gündəlik olaraq 220 min barrel neft idxal edib ki, bunun da 60 faizi müsəlman ölkələrindəndir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Nəşr qeyd edib ki, Tehranın müsəlman ölkələrinə İsrailə neft embarqosu ilə bağlı çağırışı Təl-Əvivə gözlənilən qədər zərər vura bilməz:

"Çünki neft bazarı qlobal bazardır və müsəlman ölkələr Tehranın çağırışına qoşulsa, İsrail embarqonun yaratdığı narahatlıqları aradan qaldırmağa qadirdir. O şərtlə ki, Azərbaycan və Qazaxıstan bu çağırışdan imtina etsin".

Analitiklərin fikrincə, əgər İsrailin əsas idxalçılarından olan Azərbaycan, o cümlədən Qazaxıstan da embarqo tətbiq etsə, onda İsrail üçün vəziyyət ciddi şəkildə mürəkkəbləşəcək:

"Bu halda neft qəbul edən limanların və sahilyanı ərazilərin təhlükəsizliyinin təmin edilməsi İsrail üçün əsas prioritet olacaq".

Milli.Az


Etiketlər:  Tehranın İsrail çağırışı Bakı Astana da qoşulsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ