Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 17:44
Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin