Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Mask bir gündə milyardlarla dollar itirdi

İlon Mask bir gündə milyardlarla dollar itirdi

Tarix: 20 Oktyabr 2023 14:42

İlon Mask bir gündə 16 milyard dollardan çox itirib. Tesla-nın üçüncü rübdəki zəif performansı səbəbindən onun sərvəti azalıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki,  Tesla və SpaceX-in, eləcə də X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask bir gündə 16,1 milyard dollar itirib. Onun sərvətinin Tesla-nın üçüncü rübdə zəif maliyyə göstəriciləri səbəbindən azaldığı məlum olub. Şirkətin səhmləri rüblük hesabatın dərcindən sonra aşağı mənfəət və satışlar səbəbindən 9,3% ucuzlaşıb.

Bloomberg qeyd edib ki, maliyyə itkilərinə baxmayaraq, Maskın sərvəti 2023-cü ildə 72,6 milyard dollar artıb və hazırda 210 milyard dollar dəyərindədir. Sahibkar dünyanın ən varlı adamı olaraq qalır. O, reytinqdə ikinci yeri tutan fransalı milyarder, LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun sahibi Bernard Arnaultdan 55 milyard dollar zəngindir.


Etiketlər:  İlon Mask gündə milyardlarla dollar itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ