Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahramanyanın “ləğv”dən geri çəkilməsi nəyi dəyişəcək?

Şahramanyanın “ləğv”dən geri çəkilməsi nəyi dəyişəcək?

Tarix: 20 Oktyabr 2023 21:36

Qarabağ separatçılarının sonuncu "lideri" Samvel Şahramanyanın "artsaxın ləğvi qərarından imtina" səpgili açıqlamasından narahat olmağa dəyməz.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"Birincisi, guya Samvel Şahramanyan Xankəndidə ləğv qərarı verməsəydi, bu bizim işimizi çətinləşdirəcəkdi? Əsla! Hədəfimiz bəlli idi. Digər tərəfdən biz onsuz da separatçıları tanımırdıq və onların qərarları da bizim üçün heç nədir, sadəcə ləğv qərarı onların Azərbaycana qarşı gələcək iddialarını əsassız edirdi. Samvel Şahramanyan ona hücum edən Qarabağ ermənilərini sakitləşdirmək üçün tələsik "ləğv qərarından imtina edirəm" deyib.

İkincisi, ləğvdən "imtinanın" heç bir siyasi və hüquqi çəkisi yoxdur. Üçüncüsü, özlərini çətinə salacaqlar, "ləğv qərarından imtina edirlərsə", biz də Qərbi Zəngəzura iddiamızı gücləndirəcəyik, mühacir hökuməti və parlamenti formalaşdıracağıq. Qərbi Zəngəzur mövzusu isə ermənilərin ən böyük qorxusudur", - politoloq bildirib.


Etiketlər:  Şahramanyanın ləğvdən geri çəkilməsi nəyi dəyişəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ