Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”da ciddi itki - “Bayer”ə qarşı oynamayacaq

“Qarabağ”da ciddi itki - “Bayer”ə qarşı oynamayacaq

Tarix: 20 Oktyabr 2023 23:36

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" ciddi itki ilə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Yankoviç zədələnib. 

Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlama verib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Yankoviç Monteneqro millisinin heyətində zədələnib. Bu səbəbdən o, 1-2 həftə komandadan kənarada qalacaq.

Bu isə 28 yaşlı futbolçunun Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın 26-da səfərdə "Bayer"ə qarşı keçirilən matçda iştirak etməyəcyi deməkdir.

Milli.Az


Etiketlər:  Qarabağda ciddi itki Bayerə qarşı oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ