Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-si təqdim edildi - Qiyməti

Dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-si təqdim edildi - Qiyməti

Tarix: 21 Oktyabr 2023 20:40

Buffalo şirkəti dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-ni təqdim edib.

Milli.Az technote-ya istinadən bildirir ki, 5 qramm çəkiyə sahib olan bu SSD xarici görünüşcə mouse-lar üçün nəzərdə tutulmuş naqilsiz qəbulediciləri xatırladır. Sözügedən kompakt ölçülü SSD SSD-PST1.0U3-BA adını əldə edib və onun ölçüləri 14.6 x 28 x 8 mm təşkil edir. Bununla belə SSD-nin gövdəsinin böyük hissəsini USB 3.1 dəstəkli USB Type-A başlığı əhatə edir. Şirkətin sözlərinə əsasən kompakt ölçülü SSD dözümlülük baxımından MIL-STD-810H hərbi sertifikatına sahibdir. Ölçü baxımından üstünlüklərə baxmayaraq SSD çalışma sürəti mövzusunda diqqəti cəlb etmir. Belə ki, onda məlumatların oxunması sürəti saniyədə 600 MB, məlumatların yazılması sürəti isə saniyədə 500 MB təşkil edir. SSD-nin qiyməti təqribi olaraq 125$-dır.

Milli.Az


Etiketlər:  Dünyanın ən kompakt ölçülü 1 TB lıq SSD si təqdim edildi Qiyməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ