Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Polis onları tutub, biri üzr istəyir, digəri də dəlixanadadır"

Tarix: 21 Oktyabr 2023 23:25

Xəbər verdiyimiz kimi, müğənni Nura Suri sosial şəbəkədə onun ünvanına təhqir yazanları polisə verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı həmin şəxslərdən bir neçəsinin polis tərəfindən tapıldığını bildirib:

"Haqqımda yazılan xəbərlərin altında, şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Polis sağ olsun, şikayətimə baxıb, tapıblar.

3 gündür menecerimə zəng edir, ailəsi, özü üzr istəyir ki, şikayətimi geri götürüm. Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Mənim, övladalarım haqqında şər-böhtan yazanda düşünərdiniz.

Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb. Siz də gəlib üzr istəyəcəksiz bitəcək? Yox elə bir dünya. Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün.

Birini də tutublar dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır".

Qeyd edək ki, müğənni bir müddət əvvəl də paylaşım edərək sosial mediada onun ünvanına təhqir yazan istifadəçini polisə verdiyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Polis onları tutub biri üzr istəyir digəri dəlixanadadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ