Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur modeli bu paylaşımı bəyəndiyinə görə peşman etdilər

Məşhur modeli bu paylaşımı bəyəndiyinə görə peşman etdilər

Tarix: 22 Oktyabr 2023 17:35

Türkiyəli məşhur model Burcu Esmersoy sosial mediada tənqid edilib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, İsrail və Fələstin arasında baş vermiş münaqişədə Burcu Esmersoyun "İsrailin yanındayam" yazılan paylaşımı bəyənməsi insanlar tərəfindən böyük reaksiyaya səbəb olub. 

Məşhur model bu hadisə ilə bağlı sosial media səhifəsində açıqlama verib:

"Mən hər gün bu dəhşətli qırğına, o cümlədən Qəzzada Əl-Əhli xəstəxanasına baş verən, təxminən 500 mülki şəxsin həyatını itirdiyi və yüzlərlə insanın yaralandığı hücuma, bu böyük zülmə bacardığım qədər reaksiya verirəm. Təxmin etdiyiniz kimi, sosial media hesablarıma məndən başqa işçilərimin də girişi var. Mən bunu kimin törətdiyini öyrənməyə çalışıram".

Milli.Az


Etiketlər:  Məşhur modeli paylaşımı bəyəndiyinə görə peşman etdilər


RƏYLƏR