Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 23:36
Bakı. Trend:
Çin hakimiyyəti əsas ticarət məsələləri üzrə ABŞ ilə razılıq əldə edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "CNBC" teleşirkəti xəbər verib.
Məlumata əsasən, Çinin baş nazirinin müavini Lü He və ABŞ maliyyə naziri Stiven Mnuçin, həmçinin Vaşinqtonun ticarət danışıqlarında təmsilçisi Robert Laythayzer arasında noyabrın 1-i telefon danışığı baş tutub. Danışıqlar zamanı iki ölkə arasında ticarət razılaşmasının əldə edilməsi üçün vacib olan əsas məsələlər "ciddi və konstruktiv" şəkildə müzakirə edilib.
Bundan əlavə, tərəflər gələcək məsləhətləşmələrin keçirilmə cədvəlini müzakirə ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin