Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2023 08:00
ABŞ Prezidenti Co Bayden administrasiyası İsrailə təzyiq edərək, onu Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmağa çağırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, cümə günü HƏMAS əsirliyindən iki qadının azad edilməsi qalan girovların azad edilməsinə nail olmaq şansının olduğunu göstərir:
"Fələstin qrupu ilə yaxşı münasibətləri olan Qətər girovların azad edilməsi ilə bağlı HƏMAS ilə danışıqlarda vasitəçi kimi çıxış edir. Bu danışıqlarda, xüsusən də Qəzzaya təcili ehtiyac duyulan humanitar yardımın axını və girovların çıxarılması üçün müvəqqəti atəşkəsin zəruriliyi məsələsi qaldırılıb".
Lakin İsrail rəhbərliyindəki mənbələr, əksinə, bu məlumatı təkzib edir:
"ABŞ administrasiyası ilə sıx dialoq və məsləhətləşmələrimiz var. ABŞ quru əməliyyatları ilə bağlı İsrailə təzyiq etmir".