Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail HƏMAS-ın qarşısına şərt qoydu - Əməliyyat qaçılmaz olacaq

İsrail HƏMAS-ın qarşısına şərt qoydu - Əməliyyat qaçılmaz olacaq

Tarix: 23 Oktyabr 2023 08:36

"Fələstinin HƏMAS hərəkatının yaraqlıları bütün girovları azad etməsə və silahlarını yerə qoymasa, İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında yerüstü əməliyyatı demək olar ki, qaçılmazdır".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyət davam edərsə, İsrail hərbçilərinin Qəzzada quru əməliyyatı demək olar ki, qaçılmazdır:

"Məqsədimiz HƏMAS-ı hərbi potensialından tamamilə məhrum etməkdir. Əgər HƏMAS döyüşçüləri gizləndikləri yerlərdən çıxsa, girovlarımızı, 212 nəfərin hamısını geri qaytarsa ​​və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitərdi. Lakin bunu etməyəcəklər. Odur ki, İsrail ordusu Qəzzada yerüstü əməliyyatı keçirməlidir".


Etiketlər:  İsrail HƏMAS qarşısına şərt qoydu Əməliyyat qaçılmaz olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ