Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2023 18:24
"Cənubi Qafqazda sülhə ehtiyac var".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "X" hesabında yazıb.
O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır: "İqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edə biləcəyimiz regiona ehtiyacımız var".
N.Paşinyan sülh quruculuğunun bərpa olunmasının əsas siyasi öhdəlik olduğunu qeyd edib: "Xüsusilə, bildirmək istəyirəm ki, biz sülhlə bağlı ideyalarımızı heç bir şəkildə regionumuzun maraqlarına qarşı qoymuruq. Çünki region dinc olarsa, ölkəmiz də dinc ola bilər".