Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müşərrəf Akaydan şok: ''15 illik ərimi döydüm, sonra isə...'' - FOTO

Müşərrəf Akaydan şok: ''15 illik ərimi döydüm, sonra isə...'' - FOTO

Tarix: 23 Oktyabr 2023 21:35

Azərbaycanda da tanınan və sevilən müğənni Müşərrəf Akay 15 illik ərini döydüyünü etiraf edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, ötən gün Gökay Kalaycıoğlunun "360 Dərəcə" proqramına qonaq olan sənətçi 3 dəfə ərdə olduğunu deyib. Müğənni həm də bildirib ki, 15 il evli olduğu ilk həyat yoldaşını döyüb. Ulduz, Kalaycıoğlunun "Həyatınızda şiddətə və təzyiqlərə məruz qalmısınızmı?" sualına belə cavab verib:

"Xeyr, heç bir şəkildə. Birinci ərimə mən zorakılıq tətbiq etdim və ondan boşandım. O, buna layiq idi. Mənə qarşı zorakılıq edəcəyini düşündü, mən də ona etdim. Uşaqlarımı da aldım, çıxdım. Məni kim vura bilər? Mən o adamı nə edərəm? Bağışlaya bilmədiyim yeganə insandır.

17 yaşımda sevgi ilə ailə qurdum. Evlilik haqqında xəyallarım var idi. Mahmut Tezcanın şirkətində plastinka çıxarmışdım, sonra onunla evləndik. 15 il evli qaldım. 20 il sonra ikinci evliliyim oldu, amma o da 1,5 il davam etdi. 9 il sonra 3-cü evliliyim oldu və 1,5 ay davam etdi. Mən ailə qura bilmirəm, alınmır", - ulduz qeyd edib.

Sonrakı evliliklərində həmişə xoşbəxtlik axtardığını ifadə edən Akay sözlərinə belə davam edib: "Hər zaman birinci ərimə rəğmən xoşbəxtlik axtarmışam. Atdığım hər evlilik imzası ilə ilk evliliyimdən qisas almaq istəyirdim. Bütün arzularım birinci evlilikdə dağıldı. Məni aldadıb-aldatmadığını bilmirəm. Uşaqlarımın atası olduğu üçün ona hörmət edirəm. Bir düşməndən iki dost qazandım. Mənim iki gözəl oğlum var və onların o kişi ilə heç bir əlaqəsi yoxdur. Övladlarımın xətrinə ona hörmət edirəm".


Etiketlər:  Müşərrəf Akaydan şok illik ərimi döydüm sonra isə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ