Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2023 21:38
"Panatinaikos" klubunun ispaniyalı yarımmüdafiəçisi Xuankara "Olimpiakos"la oyunda fişənglərə tuş gəlməsi səbəbindən daxili qulaq zədəsi və qismən eşitmə itkisi diaqnozu qoyulub.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, oktyabrın 22-də Pireydə baş tutan qarşılaşma ikinci hissənin əvvəlində 1:1 hesabı ilə dayandırılıb. Meydançaya daxil olmamışdan əvvəl yan xəttdə isinmə hərəkətləri edən Xuankar tribunadan atəşfəşanlığa tuş gəlib. Ona meydançada tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Bundan sonra "Panatinaikos"un futbolçuları oyunu davam etdirməkdən imtina edərək paltardəyişmə otağına gediblər və bir saat sonra oyunun nəhayət dayandırıldığı açıqlanıb.