Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miri Yusif: "Qab-qacaq yuyub, yer təmizləmişəm"

Miri Yusif:

Tarix: 23 Oktyabr 2023 22:32

"ABŞ-a getdim. Həyatımın ən çətin zamanı idi. Düzdür, baxanlar deyəcəklər ki, o böyüklükdə Los-Ancelesdə yaşamısan. Həyatımın ən çətin dönəmi idi. Fəxr edirəm ki, o mərhələni keçdim. O insan ki, cibində pul yox, bəzən küçələrdə "skamya"larda yatıb".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri "Qapqara" verilişində xalq artisti Miri Yusif deyib.

"Müxtəlif yerlərdə qab-qacaq yuyub, yer təmizləyib, ofisiant işləmişəm. Səhnəyə çıxanda bir saniyədə yaşadıqlarım gözümün qarşısından keçir. Bu, gözəl bir təcrübədir və olmalı idi. Burada maddi məsələlər deyil, qazandığım başqa şeylərdir. Mən güclü oldum. Amerikaya Yusif gedib, Miri Yusif qayıtdım", - o söyləyib.

Milli.Az


Etiketlər:  Miri Yusif Qab qacaq yuyub yer təmizləmişəm


RƏYLƏR