Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sağalmağım möcüzədir, öləcəyimi düşünürdülər''

''Sağalmağım möcüzədir, öləcəyimi düşünürdülər''

Tarix: 24 Oktyabr 2023 00:10

Amerikalı məşhur müğənni Madonna yayda təcili xəstəxanaya yerləşdirildikdən sonra sağalmasını möcüzə adlandırıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi "Celebration" turu çərçivəsində Belçikada verdiyi konsert zamanı danışıb:

"Dörd ay əvvəl xəstəxanada huşsuz vəziyyətdə uzanırdım və insanlar öləcəyimi düşünürdülər. Mənim indi burada olmağım, sağalmağım möcüzədir. Özümü hələ də pis hiss edirəm. Amma şikayətlənmirəm. Dəstəyə görə ailəmə və pərəstişkarlarıma təşəkkür edirəm".

Qeyd edək ki, sənətçi iyunda ciddi bakterial infeksiya səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. O, səhhətində yaranan problemlərə görə qastrol səfərini təxirə salmışdı.


Etiketlər:  Sağalmağım möcüzədir öləcəyimi düşünürdülər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR