Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 23:26
ABŞ İranla müharibə istəmir, lakin Yaxın Şərqdəki hazırki münaqişədə öz nümayəndələrinə hücum olacağı təqdirdə lazımi cavab verəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"İranla konflikt axtarışında deyilik, müharibəni genişləndirmək istəmirik. Lakin əgər İran və onun müvəkilləri hər hansı məkanda amerikalılara zərbə endirərsə, cavab sürətli və həlledici olacaq", - deyə Blinken bildirib.