Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ Neymarı niyə satıb? - ŞOK İDDİA

PSJ Neymarı niyə satıb? - ŞOK İDDİA

Tarix: 25 Oktyabr 2023 12:36

"Əl-Hilal"ın hücumçusu Neymar "Futebolusadia"nın məlumatlarını təkzib edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, saytın iddialarına görə, PSJ braziliyalını futbolçunun mövsüm öncəsi üzə çıxan zədələri və səhhətindəki problemlərə görə Səudiyyə klubuna satıb.

Neymar barəsində yayılan iddialara belə cavab verib:

"Gecələr, günlər keçir və heç nə dəyişmir. Onlar əslində nə baş verdiyini bilmirlər...".

Neymar müvafiq xəbərin altındakı şərhlərdə "Mən hələ də saxta xəbərlərin olmadığı gələcəyə inanıram" yazıb.

Braziliyalı hazırda Braziliya millisinin heyətində keçirdiyi oyunda aldığı çarpaz bağ zədəsini sağaldır.

Milli.Az


Etiketlər:  PSJ Neymarı niyə satıb ŞOK İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ