Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurbanov ''Bayer''lə matçdan danışdı: Fərqli hazırlıq keçirik

Qurbanov ''Bayer''lə matçdan danışdı: Fərqli hazırlıq keçirik

Tarix: 25 Oktyabr 2023 22:02

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının III turunun "Bayer"lə matçından öncə mətbuat konfransında iştirak edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin baxımlı oyun sərgilədiyini və Bundesliqada lider olduğunu bildirib:

"Çox ciddi komandaya qarşı oynayacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Biz hər komandaya qarşı fərqli hazırlıq keçirik. Rəqib isə 2-3 sistemdə oynaya bilir. Futbolçular bu cür qarşılaşmalarda oynadıqca böyüyür".

Qurbanov matç üçün start heyətin bəlli olduğunu vurğulayıb: "Görüşün gedişində müəyyən dəyişikliklər ola bilər". 

Xatırladaq ki, oktyabrın 26-da "Bay-Arena"da keçiriləcək "Bayer" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Qurbanov Bayerlə matçdan danışdı Fərqli hazırlıq keçirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ