Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanada Ermənistana müşahidəçilər göndərəcək

Kanada Ermənistana müşahidəçilər göndərəcək

Tarix: 26 Oktyabr 2023 14:00

Kanada yaxın zamanda Ermənistana müşahidəçilər göndərəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan brifinq zamanı deyib.

Onun sözlərinə görə, Kanada XİN rəhbəri Melani Coli ölkəsinin Ermənistana müşahidəçi göndərmək arzusunu bildirib və əlavə edib ki, Kanada Avropa İttifaqına üzv olmayan dövlətlər arasında belə bir təkliflə çıxış edən ilk ölkə olacaq.

Nazir müqavini qeyd edib ki, Kanada müşahidəçiləri - onların sayı 2 nəfər olacaq - Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirdiyi mülki missiyasının tərkibində yer alacaq.

Milli.Az


Etiketlər:  Kanada Ermənistana müşahidəçilər göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ