Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2023 13:06
Qəzzada HƏMAS tərəfindən girov götürülənlərin 33-ü uşaqdır.
Sonxeber.net xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyiyinin "X" hesabında bildirilib.
Qeyd edilib ki, onların arasında 5 yaşdan az 10 uşaq var.
Qeyd edək ki, İsrail Müdafiə Ordusunun məlumatına görə, Qəzzada ən azı 229 nəfər girov saxlanılır.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.