Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərb derbisində darmadağın

Qərb derbisində darmadağın

Tarix: 28 Oktyabr 2023 22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Qərb derbisində "Turan Tovuz" "Kəpəz"i qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib. Qolları 45-ci dəqiqədə Otto Con, 54-cü dəqiqədə Roderik Miller, 58-ci dəqiqədə Sertan Taşkın, 67-ci dəqiqədə Luis Paçu vurub.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu beşinci sırada "Neftçi"yə çatıb. Gəncə təmsilçisi isə 6 xalla sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"lə heç-heçə edib - 2:2. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.

Milli.Az


Etiketlər:  Qərb derbisində darmadağın


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ