Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Livanda raket BMT sülhməramlılarının qərargahına düşdü

Livanda raket BMT sülhməramlılarının qərargahına düşdü

Tarix: 28 Oktyabr 2023 22:18

Livanın cənubunda münaqişə tərəflərindən birinin atdığı raket Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə UNIFIL-in rəsmi nümayəndəsi Andrea Tenenti "Telegram" kanalında məlumat verib.

"Xoşbəxtlikdən xəsarət alan olmasa da, maddi ziyan dəyib. Mavi dəbilqəlilərin komandanlığı indi insidentdə hansı tərəfin məsuliyyət daşıdığını müəyyənləşdirir", - deyə o bildirib.

Tenenti əlavə edib ki, bu, ilk belə hal deyil.

Milli.Az


Etiketlər:  Livanda raket BMT sülhməramlılarının qərargahına düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ