Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Coli ilə Halukun filmindən ilk görüntülər yayıldı

Coli ilə Halukun filmindən ilk görüntülər yayıldı

Tarix: 28 Oktyabr 2023 22:35

Hollivud ulduzu Ancelina Coli ilə türkiyəli aktyor Haluk Bilginerin baş rolunu paylaşdığı "Maria" filminin çəkilişləri başlayıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ekran işinin çəkiliş meydançasından ilk görüntülər yayılıb. 

Haluk yunan əsilli amerikalı soprano Maria Kallasın həyatından bəhs edən filmdə Colinin tərəf müqabili olub. 

Ekran işinin çəkilişləri 8 həftə davam edəcək. Çəkilişlər Paris, Yunanıstan, Budapeşt və Milanda aparılacaq. Bilginer filmdə yunan əsilli iş adamı Aristotle Onassisi oynayacaq.

Filmin ssenarisini Steven Knayt yazıb. Ssenaridə Marianın 1970-ci illərin sonunda Parisdə tənha yaşaması yer alıb.


Etiketlər:  Coli ilə Halukun filmindən görüntülər yayıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ