Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ançelotti: ''Hamımız şokdayıq''

Ançelotti: ''Hamımız şokdayıq''

Tarix: 29 Oktyabr 2023 13:42

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 11-ci turunda "Barselona" üzərində qələbədən sonra yarımmüdafiəçi Jud Bellinqem haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi sözügedən görüşdə dubl edib və komandasına qələbə qazandırıb.

Mütəxəssis Bellinqemin bu mövsüm 13 qol vurması haqda deyib: "Bəli! Hamımız şokdayıq! Xüsusən də bu matçda onun cərimə meydançasından kənardan zərbəsi, çünki adətən belə zərbələr vurmur.  O, özünü təcrübəli futbolçu kimi aparırdı. Məqsədimiz heç-heçə yox, qələbə qazanmaq idi. Bilirdim ki, ilk qol oyunun dinamikasını tamamilə dəyişəcək.  Bellinqem mövsümə çox yaxşı başladığı üçün asanlıqla 20-25 qol vura bilir. Biz onu hücumçu hesab etmirik, lakin o, hazırda çox qol vurur. Baxmayaraq ki, biz də hücumçulardan çox şey gözləyirik".

Milli.Az


Etiketlər:  Ançelotti Hamımız şokdayıq


RƏYLƏR