Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müllerdən ''Bavariya''da tarixi NAİLİYYƏT

Müllerdən ''Bavariya''da tarixi NAİLİYYƏT

Tarix: 29 Oktyabr 2023 15:16

"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya klubunun tarixinə düşüb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, 34 yaşlı hücumçu Münhen təmsilçisinin heyətində 15 mövsüm Bundesliqada qol vuran ilk oyunçu olub.

Təcrübəli forvard "Darmştadt"a 8:0 hesabı ilə qalib gəldikləri IX tur matçında fərqlənib.

O, Bundesliqada 14 mövsümdə qol vurmuş Gerd Müller, Klaus Augentaler və Mehmet Şollu geridə qoyub.

Qeyd edək ki, cari mövsümdə ilk dəfə fərqlənən Tomas Müller daha əvvəl beş məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Müllerdən Bavariyada tarixi NAİLİYYƏT


RƏYLƏR