Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-də daha bir dəhşətli cinayət - ölənlər və yaralananlar var

ABŞ-də daha bir dəhşətli cinayət - ölənlər və yaralananlar var

Tarix: 29 Oktyabr 2023 16:12

ABŞ-nin Florida ştatının Tampa şəhərinin küçəsində Hellouin şənliyi zamanı iki qruplaşma arasında dava silahlı qarşıdurmaya çevrilərək 2 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, insident xeyli sayda bar və gecə klublarının yerləşdiyi küçədə baş verib. Polis açıqlayıb ki, hadisədə azı iki atıcı iştirak edib ki, onlardan biri artıq təslim olub.

Polis hadisənin səbəblərini araşdırır.

Milli.Az


Etiketlər:  ABŞ daha bir dəhşətli cinayət ölənlər yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ