Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il “Avroviziya”da ölkəmizi bu ifaçılar təmsil etmək istəyir - FOTO

Gələn il “Avroviziya”da ölkəmizi bu ifaçılar təmsil etmək istəyir - FOTO

Tarix: 30 Oktyabr 2023 09:55

"Avroviziya 2024" seçim turunun növbəti mərhələsi uğurla başa çatıb.  

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, seçilən 16 müğənni arasında tanış isimlər, o cümlədən, "Avroviziya-2018" təmsilçimiz "Aisel" (Aysel Məmmədova) da var.

Təmsilçilərimiz isə bunlardır: Aisel, Tofiq Hacıyev və Camal Qurbanov, "Emy Lia", Rilaya, Mari, İlkin Dövlətov və Mila Miles və Etibar Əsədli, Səbinə Beyli, Lexa, Edqar Ravinov, Əmrah Musayev, Ələsgər, Rahib Mirzəyev və Tofiq Yadiqar, Səbinə Quluzadə, Qorqud, Fahree. 
Münsif qismində isə "Avroviziya-2009" Aysel Teymurzadə və ölkəmizə 2011-ci ildə sözügedən yarışmanın sevincini və qalibiyyətini yaşadan Nigar Camal yer alıb.  

Qeyd edək ki, 16 namizəddən biri təəssüf ki, seçim mərhələsinin bu turunda iştirak edə bilməyib.

Bu səbəbdən 15 namizəddən biri ölkəmizi gələn ilin mayında "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək.  


Etiketlər:  Gələn Avroviziyada ölkəmizi ifaçılar təmsil etmək istəyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ