Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paketin pulunu verməyən müştərinin qulağını dişlədi

Paketin pulunu verməyən müştərinin qulağını dişlədi

Tarix: 31 Oktyabr 2023 18:10

Novorossiyskdə ərzaq mağazasında kassir müştərinin qulağını dişləyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, axşam saatlarında kişi mağazaya gedərək alış-veriş edib. Ödəniş zamanı kassir ondan paketin də pulunu ödəməsini istəyib. Lakin müştəri ödənişdən imtina edib.

Bildirilir ki, kassir özündən çıxaraq, müştərini söyüb və söhbəti küçədə davam etdirməyi təklif edib.

Onlar arasında söz mübahisəsi davaya çevrilib. Nəticədə Novorossiysk sakini olan kassir mağazanın müştərisini divara sıxıb, sol qulağını dişləyib və qaçıb.

O, tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və daha sonra məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az


Etiketlər:  Paketin pulunu verməyən müştərinin qulağını dişlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ