Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 14:20
Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün xarici ticarət əlaqələrini aktiv şəkildə şaxələndirir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, parlamentdə büdcə müzakirələri zamanı iqtisadiyyat naziri Vahan Kerobyan Avropa İttifaqının aparıcı üzv ölkələri ilə ticarətin artdığını bəyan edib.
Nazirin sözlərinə görə, o cümlədən Fransa ilə ticarət dövriyyəsi 53%, Almaniya ilə 40%, Hollandiya ilə 44% artıb.
Ümumilikdə 9 ay ərzində Aİ ilə ticarət dövriyyəsi 40% artaraq 2,1 mlrd. dollara çatıb. Beləliklə, Aİ Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.
Qeyd olunur ki, hesabat dövründə Ermənistanın Rusiya Federasiyasının özü ilə ticarət dövriyyəsi 50%, Avrasiya İqtisadi Birliyi ilə isə 44% artıb.