Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2023 01:40
"İnstagram" hesabında təxminən 430 milyon izləyicisi olan aktrisa və müğənni Selena Qomez ilk dəfə İsraillə Həmas arasında baş verənlərdən danışıb.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bir çox məşhur məsələ ilə bağlı fikirlərini bölüşərkən, 31 yaşlı Qomezin susması diqqət çəkib.
Qomez sosial media hesabında bu barədə paylaşım edib:
"Bütün bu dəhşət, nifrət, şiddət və qorxu məni çox kədərləndirdiyi üçün bir müddət sosial mediadan uzaq oldum. Bütün insanları, xüsusilə də uşaqları qorumalı və yaxşılıq adına şiddətə son qoymalıyıq. Sözlərimin və ya bir heşteqimin kifayət etməyəcəyi üçün çox təəssüflənirəm. Günahsız insanların yaralanmasını seyr etməyə dözə bilmirəm. Kaş mən dünyanı dəyişə bilərdim, amma sosial mediada yazılanlar bunu etməyəcək".