Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dilan və həyat yoldaşına 6 saata 66 suallıq dindirilmə

Dilan və həyat yoldaşına 6 saata 66 suallıq dindirilmə

Tarix: 4 Noyabr 2023 11:25

İstanbul Maliyyə Cinayətləri İdarəsində Engin Polat və həyat yoldaşı, internet fenomeni Dilan Polatın dindirilməsi 6 saat çəkib. 

Milli.Az olay-a istinadən bildriir ki, dindirilmə saat 23.45-də başa çatıb. Proses zamanı Dilan Polata 26 səhifə, Engin Polata isə 40 səhifəlik sual verilib. Dilan Polat, Engin Polat və Sıla Doğunun da olduğu 18 nəfər səhər saatlarında Anadolu Ədliyyəsinə göndərilib.

İfadələri tamamlanan şübhəlilər saat 09:00-da sağlamlıq müayinəsi üçün Kartal Lütfi Kırdar Şəhər Xəstəxanasına göndərilib. Sağlamlıq yoxlamasından sonra Polat cütlüyü İstanbul Anadolu məhkəməsinə aparılıb.

Qeyd edək ki, bir müdddət öncə Dilan və Engin Polatın var-dövləti müsadirə edilib. Cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub.

Polat ailəsinə qarşı şirkətlər arasında şübhəli münasibətlərin olması və mövcud olmayan şirkətlərə hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışmaqları, çirkli pulların yuyulması kimi ittihamlar irəli sürülüb. 

Milli.Az


Etiketlər:  Dilan həyat yoldaşına 6 saata 66 suallıq dindirilmə


RƏYLƏR